“Onun geri qayıtmasına görə çox xoşbəxtəm” – Neymar

Fransa Liqa 1-in 8-ci turu çərçivəsində “Bordo”ya 1:0 hesabı ilə qalib gələn PSJ-nin hücumçusu Neymar komanda yoldaşı Kilian Mbappe ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, zədəsini sağaldan Mbappe haqqında danışan Neymar, onun ən yaxşı futbolçulardan biri olduğunu bildirib:

“Mbappe ilə çox yaxşı münasibətimiz var. Həm meydanda, həm də meydandan kənarda çox yaxşı anlaşırıq. Onun geri qayıtmasına görə çox xoşbəxtəm. Təkcə mən yox, bütün komanda çox xoşbəxtdir.

Mbappe dünyanın ən yaxşı futbolçularından biridir. Meydanda olduğu hər an işləri daha da asanlaşdırır. Hər bir futbolçu yaxşı futbolçularla birlikdə oynamaq istəyər, mən də həmçinin”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button