“O, gələcəkdə dünyanın ən yaxşı futbolçusu olacaq” – Fabreqas

Fransanın “Monako” klubunun yarımmüdafiəçisi Sesk Fabreqas PSJ-nin futbolçusu Kilian Mbappe ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, ispan futbolçu, Mbappenin üstünlüklərindən danışıb:

“Mbappe bir fenomendir. O, gələcəkdə dünyanın ən yaxşı futbolçusu olacaq. O, çox sürətlidir, eyni zamanda rəqiblərini də yaxşı aldadır. Mbappe anı ən yaxşı şəkildə seçməyi bacarır. Tyerri Anri və Dieqo Koşta da bu baxımdan fərqlənirdilər. O, uğurlara çox acdır, buna görə də, öz qabiliyyətlərindən necə istifadə edəcəyini bilir”.