Matteus: “Bayer”in çempion olacağına şübhəm yoxdur”

Almaniyalı keçmiş futbolçu Lotar Matteus Bundesliqanın 21-ci turunun “Bayer” – “Bayern” oyununu (3:0) şərh edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “Bayer”in çempion olacağına inandığını bildirib:

“Bayer”in belə oynamağa davam edəcəyi təqdirdə çempion olacağına şübhəm yoxdur. Və onların bu cür oynamağa davam etməyəcəklərinə şübhə etməyə heç bir əsas yoxdur. Onlar birlikdə böyüyüblər və komandada hər şeyə nəzarət edən bir lider – Xabi Alonso var. “Bayer” qazanmaq üçün aşkar favoritdir. Kimsə başqa cür deyirsə, onların futboldan xəbəri yoxdur.

“Bayern” qeyri-inandırıcı oynayır. Təbii ki, Tomas Tuxel oyundan əvvəl verdiyi qərarlara arxayın idi. Ancaq yaxşı çıxış etmədilər. 0:3 hesabı ilə uduzursansa, təbii ki, heyət seçimində səhvlərə yol verilib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button