“Maşinsazi” səfərdə məğlub oldu

Futbol üzrə İran çempionatında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Gol Gohar”la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Keçirdiyi 19 oyuna cəmi 9 xal toplamış “Maşinsazi” 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Təbrizin daha məşhur “Traktor” klubu isə 27 xalla 5-cidir. “Traktorçular” bu tur doğma meydanda “Mes Rafsanjahan”la heç-heçəyə razılaşıb – 0:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button