Masajçı futbolçu kimi meydana çıxdı, 20:0 və… FOTO

İtaliya C Seriyasında keçirilən “Kuneo” – “Pro Piaçentsa” matçı ev sahiblərinin 20:0 hesablı qələbəsiylə başa çatıb.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada rəqib komanda meydana 7 nəfərlə çıxıb. Buna səbəb komandanın son dövrlərdə maliyyə sıxıntısı yaşaması və futbolçuların maaşlarını ödəyə bilməməsidir.

“Kuneo” – “Pro Piaçentsa” matçında daha maraqlı bir hadisə yaşanıb. Belə ki, meydana 17-19 yaş arası futbolçularla çıxmaq məcburiyyətində olan “Pro Piaçentsa”da oyuna 1 saat qalmış, gənc futbolçulardan birinin şəxsiyyətini təsdiq edən sənədi götürmədiyi məlum olur. Gənc futbolçu sənədi gətirmək üçün evə göndərilir. Bu zaman 6 nəfərlə meydana çıxa bilməyən komanda, C Seriyasından uzaqlaşdırılma təhlükəsiylə qarşı-qarşıya qalır. Məsələni tez həll etmək istəyən idarəçilər, komandanın masajçısı olan Pikkiarelli ilə futbolçu kimi rəsmi müqavilə imzalayıb, meydana buraxıblar. Forması olmayan Pikkiarelli, əvvəlki oyunlarda, 10 nömrəli futbolçunun ona hədiyyə etdiyi “Pro Piaçentsa” formasıyla meydana çıxıb. Oyunun gedişatında zədələnən Pikkiarelli meydanı tərk edib və onun yerinə, yaddan çıxardığı sənədini gətirən futbolçu daxil olub.

Görüşdə 6 qol vuran Hişam Kanis isə, İtaliya çempionatlarında bir oyuna ən çox qol vuran futbolçu olub.

Turnir cədvəlində “Kuneo” 29 xalla 11-ci, “Pro Pyaçentsa” isə 8 xalla sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button