Marselo: “Real”dan ayrılmaq?”

Cari mövsümün sonunda “Real”dan ayrılacağı deyilən Marselo iddialara cavab verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, “kral klubu”nun heyətində xoşbəxt olduğunu deyib:

“Real”dan ayrılmaq? Bu mövzu haqqında danışmağa ehtiyac yoxdur. “Real” mənim evimdir. Bu forma üçün sona qədər tərləməli və bu loqonu dünyanın zirvəsində tutmalıyıq. Oynamadığım matçlarda belə, komanda yoldaşlarımı dəstəkləmişəm. Bu formanı geyinəndə nə qədər xoşbəxt olduğumu hər kəs bilir”.

Madrid təmsilçisi ilə 2022-ci ilədək müqaviləsi olan brazilyalı futbolçu, bu mövsüm iştirak etdiyi 30 oyunda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button