Məşhur futbolçu karyerasını Türkiyədə davam etdirə bilər

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys karyerasını başa vurmaq niyyətində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mövsümün sonunda komandanı tərk edəcək almaniyalı futbolçu ilə Türkiyə və MLS klubları maraqlanır.

Roys 2012-ci ildən Dortmund komandasında çıxış edir. 34 yaşlı yarımmüdafiəçi ümumilikdə “Borussiya”nın heyətində 424 matçda iştirak edib. O, bu matçlarda 168 qol vurub, 128 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button