Maqnus Karlsen yenə dünya çempionu oldu

Norveçli şahmatçı Maqnus Karlsen dünya çempionu titulunu qoruyub.

Komanda.az xəbər verir ki, 31 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə dünya şahmat tacı uğrunda görüşün 11-ci partiyasından da qalib ayrılıb. Nepomnyaşi 49-cu gedişdə təslim olub.

Bununla da sona 3 tur qalmış hesab 7.5:3.5 olub və Karlsen çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.

Xatırladaq ki, Maqnus Karlsen ilk dəfə 2013-cü ildə dünya şahmat tacına yiyələnib. O, hindistanlı Vişvanatan Anandı məğlubiyyətə uğradıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button