Manolas rəsmən “Napoli”də

Futbol üzrə Yunanıstan yığmasının və İtaliyanın “Roma” klubunun müdafiəçisi Kostas Manolasın “Napoli”yə transferi rəsmiləşib.

Komanda.az xəbər verir ki, Neapol klubu rəsmi saytı vasitəsi ilə 28 yaşlı müdafiəçini transfer etdiyini açıqlayıb.

Tərəflər 5 illik müqaviləyə imza atıblar. “Napoli” bu transfer üçün “Roma”ya 36 milyon avro təzminat ödəyib.

İtaliya mətbuatının yazdığına görə, Yunanıstan yığmasının üzvü Neapol klubunda ilinə 4.5 milyon avro qazanacaq.

Manolas ötən mövsüm A seriyasında 28 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button