Klopp “Barselona”nı ÇL-dən uzaqlaşdıracaqlarına inanmırmış

“Liverpul”un seneqallı futbolçusu Sadio Mane Çempionlar Liqası ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona”nı 4:0 hesabı ilə məğlub etdikləri matçla bağlı danışan 27 yaşlı futbolçu, baş məşqçi Yurgen Kloppun oyundan əvvəl mərhələni adlayacaqlarına inanmadığını deyib:

“Matçdan əvvəl Klopp bizi motivasiya etməyə çalışırdı. Amma dürüst olmaq lazımdırsa, o belə, “Barselona”nı mübarizədən kənarlaşdıracağımıza inanmırdı”.

Seneqallı futbolçu, turnirin final oyunu haqqında da danışıb:

“Premyer Liqanı “Tottenhem”dən öndə tamamladıq, amma final matçları fərqli olur. Sadəcə bir oyun keçirəcəyik. Gizlətməyə ehtiyac yoxdur, final oyununun favoriti bizik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button