Mandzukiç Qətər klubundan ayrıldı

Xorvatiya yığmasının sabiq hücumçusu Mario Mandzukiç Qətərin “Əl-Duhail” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.

O, sözügedən klubla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini bəyan edib.

Qeyd edək ki, Mandzukiç “Əl-Duhail”ə 2019-cu ilin dekabrında “Yuventus”dan transfer olunmuşdu. O, bu komandada meydana çıxdığı 7 oyunda cəmi 1 qola imza atıb.

Təcrübəli futbolçu “Yuventus” və “Əl-Duhail”dən başqa ölkəsində “Dinamo” (Zaqreb), Almaniyada “Volfsburq”, “Bavariya”, İspaniyada isə “Atletiko”nun formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button