Mancukiç karyerasını bitirdi

Futbol üzrə Xorvatiya millisinin sabiq hücumçusu Mario Mancukiç karyerasını bitirib.

Komanda.az xəbər verir ki, o, 35 yaşında peşəkar karyerasını bitirməyə qərar verib.

Bu barədə təcrübəli futbolçu sosial şəbəkə hesabında məlumat paylaşıb. O, karyerası ərzində dəstəyini nümayiş etdirmiş hər kəsə təşəkkürünü bildriib.

Mancukiç son olaraq 2020/21 mövsümündə İtaliyanın “Milan” klubunun formasını geyinib. O, daha öncə Qətərin “Əl-Duhail”, İtaliyanın “Yuventus”, İspaniyanın “Atletiko”, Almaniyanın “Bayern”, “Volfsburq”, Xorvatiyanın “Dinamo” (Zaqreb), “NK Zaqreb” və “Marsoniya” klublarının da uğurları üçün çalışıb. Xorvatiya millisində 89 matça çıxan hücumçu, 33 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button