“Mançester Yunayted”in yeni sahibi məlum olub

Britaniyalı milyarder Cim Ratkliff rəsmən “Mançester Yunayted”in sahibi olub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, İngiltərə təmsilçisinin A kateqoriyalı səhmlərinin 27,7 faizini və B kateqoriyalı səhmlərinin 27,7 faizini alıb.

Müqavilənin bütün şərtləri yerinə yetirilib. İngiltərə Futbol Federasiyası və Premyer Liqadan da razılıq alınıb.

Cim Ratkliff A və B siniflərinin əlavə səhmlərini almaq üçün kluba 200 milyon dollar sərmayə qoyub. 31 dekabr 2024-cü ilə qədər daha 100 milyon dollar sərmayə qoyulacaq. Bu vəsait “Old Trafford”da yenilənmə işlərinin görülməsi üçün nəzərdə tutulub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button