“Daha yaxşı olmalıyıq” – Ranqnik

“Mançester Yunayted”in yeni baş məşqçisi Ralf Ranqnik Premyer Liqada “Kristal Pelas”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar”la debüt matçında qələbə qazanan Ranqnik, bunları söyləyib:

“Xüsusilə, ilk 30 dəqiqədə sərgilədiyimiz performans möhtəşəm idi. Yaxşı təzyiq göstərdik. Çatışmayan tək şey qol idi. Müdafiədə etibarlı oynadıq, oyunu nəzarətimizdə saxladıq. Bu matçda “çərçivə”ni toxunulmaz saxlamağı bacardıq. Ən vacib olan şey budur.

Daha yaxşı olmalıyıq. Məşq etdikcə inkişaf edəcəyik. Bir məşqdən sonra belə oyun sərgiləməyimiz sadəcə möhtəşəmdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button