Skoulzdan Poqbanın ünvanına sərt tənqid

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz komandanın yarımmüdafiəçisi Pol Poqbanı tənqid edib.

Komanda.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi, Premyer Liqanın 9-cu turunda “Liverpul”la ev oyununda (0:5) qırmızı vərəqə alaraq meydandan qovulan Poqba haqda bunları deyib:

“İkinci hissənin əvvəlində oyuna girir. Nə qədər yaxşı olduğunu göstərmək istəsə də, rəqibə qol imkanı verir.

Poqba mənasız hərəkətlə “qırmızı” aldı. Maraqlıdır, görəsən, Ole-Qunnar Sulşer məşqçi kimi işləməyə davam etsə, Poqbanı yenidən “Mançester Yunayted” formasında görəcəyik?”