Ten Haq onu da “Mançester Yunayted”ə apara bilər

“Ayaks”ın hücumçusu Sebastyan Haller karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə “Mançester Yunayted” maraqlanır. “Qırmızı şeytanlar”ın yeni baş məşqçisi “Ayaks”ın hazırkı çalışdırıcısı Erik ten Haq olacaq ki, bu da Hallerin İngiltərə klubuna keçidinə təsir edə bilər.

Haller 2021-ci ildə “Vest Hem”dən “Ayaks”a keçib. O, bu mövsüm 27 matçda iştirak edib, 20 qol vurub və 7 məhsuldar ötürmə verib.