Poqbanın qardaşı Sloveniya klubunda

“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın qardaşı Matias Poqba karyerasını Sloveniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu “Tabor” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Matiasla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Matias Poqba daha əvvəl İspaniyada “Rasinq Mursiya”, “Lorka”, İtaliyada “Peskara”, İngiltərədə “Kryu”, “Rekshem”, “Krouli”, Fransada “Tur” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button