Poqbadan menecerinə xəbərdarlıq

“Mançester Yunayted”in futbolçusu Pol Poqba komandasını dəyişmək istəyir.

Komanda.az xəbər verir ki, fransız yarımmüdafiəçi meneceri Mino Rayolaya ona yeni klub tapmasını tapşırıb. Bu barədə Almaniyanın “Bild” nəşrinin jurnalisti Kristian Falk özünün “tvitter” hesabında paylaşım edib.

Falk, Poqbanın menecerinə “yeni klub tapmasan, səninlə əməkdaşlığı dayandıracam”, dediyini də qeyd edib.

Poqbanın “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir.