Ronaldo sevgilisinə 105 minlik hədiyyə aldı FOTO

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqesə bahalı hədiyyə alıb.

Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu sevgilisinə ad günü münasibətiylə 105 min funt-sterlinq qiyməti olan zinyət əşyaları qoyulan qutu alıb.

Corcina hədiyyəsini “instaqram” hesabında paylaşıb. O, paylaşımında “gözlərimə inanmıram” deyə, qeyd edib.