“Mançester Yunayted”in futbolçusu İspaniyadan klub alır

“Mançester Yunayted”in futbolçusu David de Xea klub almaq niyyətindədir.

Komanda.az xəbər verir ki, ispan qapıçı ölkəsinin “Elçe” klubunun səhmlərini almağa hazırlaşır. Bu barədə “superdeporte.es” saytı məlumat yayıb. De Xeanın “Elçe” üçün 18 milyon avronu gözdən çıxardığı bildirilir.

“Elçe” 1923-cü ildə yaradılmış klubdur. Hazırda Sequndada mübarizə aparan komandanın ən böyük uğuru 1963/64 mövsümündə La Liqada 5-ci yeri tutmasıdır.

“Elçe” 2014/15 mövsümündə də La Liqada mübarizə aparıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button