Fernandes: “Sulşerin arxasındayıq”

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandes komandanın baş məşqçisi Ole-Qunnar Sulşer haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi, Sulşerə inandıqlarını deyib:

“Əlbəttə, Sulşerin arxasındayıq. O, bizim baş məşqçimizdir və onun fikirlərini dəstəkləyirik. Bunu meydanda da göstəririk.

Sulşerə hörmət etmək məcburiyyətindəyik. Üç ildir burdadır və inkifaş edir. Düzdür, hələ heç nə qazanmamışıq, amma komandamız sürətlə inkişaf edir”.

“Mançester Yunayted” Premyer Liqada 5-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button