“Bu dəfə yaxşı oynamasaq da, qələbə qazana bildik” – Sulşer

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Premyer Liqanın 16-cı turu çərçivəsində “Vulverhempton”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, BBC-yə danışan norveçli mütəxəssis, 1:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Son oyunlarda qələbələr qazanmağa başlamışıq. Bu, komandanın həm fiziki, həm də psixoloji gücləndiyini göstərir. Biz çətin məşq dövründən keçdik. Futbolçular da artıq gücləndiklərini hiss edirlər. Bütün diqqətimiz növbəti oyundadır.

Hazırda tam istədiyim vəziyyətdə deyilik. Bu oyunda istədiyimiz performansı sərgiləyə bilmədik, lakin çox yaxşı komandaya qalib gəldik. Bəlkə də, sonda onlar yoruldular və əlavə bir günlük istirahət bizə faydalı oldu. Premyer Liqada ilk dəfə “Vulverhempton” üzərində qələbə qazandım. Digər oyunlarda qol da vura bilmirdik. Bu dəfə yaxşı oynamasaq da, qələbə qazana bildik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button