Sulşer: “Silkələnməli və güzgüyə baxmalıyıq”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Premyer Liqada “Lester”ə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, BBC-yə danışan norveçli mütəxəssis, 2:4 hesabıyla bitən görüşü belə şərh edib:

“Hamımız daha yaxşısını etməliyik. Premyer Liqada, Çempionlar Liqasında oynadığımız hər oyun vacibdir. Silkələnməli və güzgüyə baxmalıyıq. Bir çıxış yolu tapmaq lazımdır. Futbolda belə hallar olur. Uğursuzluğa son verməliyik”.