Sulşer bezib: “Bu oyunda da eyni şey oldu”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Alkmaar”la (Hollandiya) qolsuz bərabərə qaldıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli mütəxəssis, oyundakı hakim idarəçiliyindən narazı qalıb:

“Güclü komandaya qarşı oynadıq. Stadionda çox yaxşı atmosfer var idi. Heyətdə dəyişiklik etdik. Nəticədən razıyam.

Hakimlər haqda danışmaqdan bezdim. “Arsenal”la oyunda bir penaltimiz verilmədi. Bu oyunda da eyni şey oldu. Şikayət etməyi xoşlamıram, ancaq bu, haqsızlıqdır”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button