Sulşerden Aquero ilə bağlı açıqlama

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli mütəxəssis, mövsümün sonunda əzəli rəqibləri “Mançester Siti”dən ayrılacağı açıqlanan Serxio Aqueronun “qırmızı şeytanlar”a mümkün keçidindən danışıb:

“Mən “Mançester Yunayted”də oynayanda rəqibimiz məni istəsə və mən də getsəm, kluba olan sədaqətim necə olacaq? 10 il bir klubda oynayan futbolçunun daha sonra şəhərin digər komandasına keçməsini gözləmirəm. Peşəkar olduğumuzu bilirəm, amma “Mançester Yunayted”dən şəhərin digər komandasına getməzsiz. Düzdür, daha əvvəl belələri olub, ancaq ad çəkmək istəmirəm”.