“Mançester Yunayted”dən ayrılan futbolçu PSJ-də

Mövsümün sonunda “Mançester Yunayted”dən ayrılacağını açıqlayan Ander Herrera karyerasını Fransada davam etdirəcək.

Komanda.az xəbər verir ki, PSJ, 29 yaşlı yarımmüdafiəçiylə razılıq əldə edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Herrera Paris təmsilçisiylə 4 illik müqavilə imzalayacaq.

İspaniyalı yarımmüdafiəçi yeni sözləşməylə PSJ-də həftəlik 345 min avro qazanacaq. Herrera PSJ-yə azad agent kimi keçəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button