“Mançester Yunayted”in futbolçusu əməliyyat olundu – 4-5 ay olmayacaq

“Mançester Yunayted”də bir müddət əvvəl zədələnən Erik Bayinin durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, 25 yaşlı müdafiəçi əməliyyat olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bayi, 4-5 ay yaşıl meydanlardan uzaq qalacaq.

Bayi “Mançester Yunayted”in Beynəlxalq Çempionlar kubokunda “Tottenhem”lə qarşılaşdığı matçda (2:1) zədələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button