“Mançester Yunayted”dən səfər qələbəsi

İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

“Brayton” – “Aston Villa” matçında qonaqlar qələbə qazanıblar. Səfərdə “Fulhem”lə qarşılaşan “Mançester Yunayted” də turu qələbə ilə başa vurub.

16 turdan sonra 37 xala malik “Arsenal” vahid liderdir. 2-ci pillədəki “Mançester Siti”nin 32, 3-cü olan “Nyukasl”ın 30 xalı var. “Tottenhem” 29 xalla 4-cü, “Mançester Yunayted” 26 xalla 5-ci, “Liverpul” 22 xalla 6-cı, “Çelsi” 21 xalla 8-cidir.

İngiltərə Premyer Liqası
16-cı tur

12 noyabr

Mançester Siti – Brentford 1:2
Qol
: Foden, 45+1 – Touni, 1; 90+8.

Vest Hem – Lester Siti 0:2
Qol
: Meddison, 8. Barns, 78.

Tottenhem – Lids 4:3
Qol
: Keyn, 25. Devis, 51. Bentankur, 81; 83 – Sammervill, 10. Rodriqo, 43; 76.

Nottingem Forest – Kristal Pelas 1:0
Qol
: Gibbs-Uayt, 54.

Liverpul – Sauthempton 3:1
Qol
: Firmino, 6. Nunyes, 21; 42 – Adams, 9.

Bornmut – Everton 3:0
Qol
: Tavernye, 18. Mur, 24. Entoni, 70.

Nyukasl – Çelsi 1:0
Qol
: Uillok, 67.

Vulverhempton – Arsenal 0:2
Qol
: Edeqor, 55; 75.

13 noyabr

Brayton – Aston Villa 1:2
Qol
: Makallister, 1 – İnqs, 20-pen; 54.

Fulhem – Mançester Yunayted 1:2
Qol
: D.Ceyms, 61 – Eriksen, 14. Qarnaço, 90+3.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button