“Mançester Yunayted”də məsləhətçi kimi işləyəcəm” – Ranqnik

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik “Çelsi” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra tezliklə Avstriya millisinə rəhbərlik edə biləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Komanda.az “BBC”-yə istinadən xəbər verir ki, o, Mançester klubunda məsləhətçi işləyəcəyini deyib:

“Gəlin, bu gün “Mançester Yunayted” haqqında danışaq. Təsdiq edə bilərəm ki, klubda məsləhətçi kimi işləməyə mütləq davam edəcəm. Erik ten Haq ilə hələ danışmamışıq. Amma mən çox xoşbəxtəm və dəyişikliyə kömək etməyə hazıram. Bu, keçən ilin noyabrında razılaşdığımız məsələdir”.

Ranqniki mövsümün sonunda baş məşqçi postunda hazırda “Ayaks”ın “sükanı arxasında” olan Erik ten Haq əvəz edəcək.

P.S. Ranqnikin artıq Avstriya millisinin baş məşqçisi olacağı rəsmən təsdiqlənib.

Bizi Telegramda izləyin.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button