“Mançester Yunayted”də çox iş var” – Ten Haq

Niderlandlı mütəxəssis Erik ten Haq bu gün “Mançester Yunayted”lə işə başlayacaq.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, yeni klubunda çox iş olduğunu söyləyib:

“Mançester Yunayted”də çox iş var. Diqqətli şəkildə növbəti mövsümə hazırlaşmaq lazımdır və bununla bağlı çox işimiz var. Məşqçilər heyətinə gəlincə, hələ həll edilməli olan bir neçə məqam var. Eyni şey komandaya da aiddir. Növbəti bir neçə gün ərzində, bazar ertəsindən başlayaraq, biz bunun üzərində intensiv şəkildə işə başlayacağıq”.

Niderlandlı mütəxəssis İngiltərə klubu ilə 3 illik müqavilə imzalayıb.