“Mançester Yunayted” uğursuzluq dövrəsində ilişib qalıb” – Keçmiş futbolçu

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill klubun son illərdəki uğursuzluqları haqda fikirlərini açıqlayıb.

Komanda.az xəbər verir ki, veteran futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Mançester Yunayted” uğursuzluq dövrəsində ilişib qalıb. Xüsusilə, xərclənən məbləğə və keçmişin uğurlarına nəzər saldıqda bunu demək olar. Və bu, real struktur dəyişiklikləri olmayana qədər dəyişməyəcək. Bunu təkrar-təkrar deyirəm. Artıq bu barədə qışqırmağın mənası yoxdur”.

İngiltərə çempionatının 14 turundan sonra “qırmızı şeytanlar” 24 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button