
MY Premyer Liqa təcrübəsi olan futbolçulara üstünlük verəcək
“Mançester Yunayted” yay transfer pəncərəsi ilə bağlı strategiyasını müəyyənləşdirib.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, klub əsas diqqəti artıq İngiltərə Premyer Liqasında özünü sübut etmiş futbolçuların transferinə yönəldəcək.
Rəhbərlik bu baxımdan Brayan Mbeumo və Mateus Kunyanın keçidlərini uğurlu nümunə kimi qiymətləndirir. Hər iki oyunçu “qırmızı şeytanlar”a qoşulmazdan əvvəl müvafiq olaraq “Brentford” və “Vulverhempton”un heyətində Premyer Liqada parlaq çıxışı ilə diqqət çəkmişdi.
“Mançester Yunayted” hazırda Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda növbəti oyununu fevralın 23-də, səfərdə “Everton”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



