“Mançester Yunayted”in baş məşqçi postuna 3 namizəd var

“Mançester Yunayted”in ortaq sahibi olan Cim Ratkliff növbəti mövsüm üçün yeni baş məşqçi təyin etmək istəyir.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, İngiltərə komandasının hazırkı baş məşqçisi Erik Ten Haq istefa verəcəyi təqdirdə, rəhbərlik üç mütəxəssisin namizədliyinə baxacaq. Söhbət Qaret Sautqeyt, Qrem Potter və Tiaqo Mottadan gedir.

Ten Haq 2022-ci ilin yayından “Mançester Yunayted”i çalışdırır. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button