
“Mançester Yunayted” “Qalatasaray”ın təklifini rədd edib
“Mançester Yunayted” “Qalatasaray”ın yarımmüdafiəçi Manuel Uqarte üçün icarə təklifini rədd edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu uruqvaylı futbolçu üçün təxminən 15 milyon funt sterlinq (17,2 milyon avro) təklif etməyə hazır olub. Lakin “qırmızı şeytanlar” “Qalatasaray” təxminən 45 milyon funt sterlinq (51,7 milyon avro) təklif edərsə, yanvar ayında oyunçusunu satmağı düşünə bilər. Uqartenin özü isə “Mançester Yunayted”dəki gələcəyindən əmin deyil.
24 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



