
Uqarte satılacaq
“Mançester Yunayted” yay transfer pəncərəsində yarımmüdafiəçisi Manuel Uqarte ilə vidalaşmağı planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu DÇ-2026-dan sonra satışa çıxarılacaq.
“Qırmızı şeytanlar”ın 25 yaşlı oyunçu üçün təxminən 28 milyon avro tələb edəcəyi gözlənilir. Bu isə “transfermarkt” portalının müəyyən etdiyi 30 milyon avroluq bazar dəyərinə yaxındır.
Uqarte 2024-cü ilin avqustunda PSJ-dən “Mançester Yunayted”ə 50 milyon avro qarşılığında transfer olunmuşdu. O, cari mövsümdə bütün turnirlərdə 24 oyunda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


