MY niderlandlı futbolçunu transfer etməyəcək?

“İnter”in müdafiəçisi Denzel Dumfris bu qış “Mançester Yunayted”ə keçməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Öncədən futbolçunun agenti ilə İngiltərə klubu arasında mümkün transferi müzakirə etmək üçün danışıqların aparıldığı bildirilirdi.

Amma “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq portuqaliyalı müdafiəçi Dioqo Dalota güvəndiyi üçün niderlandlı futbolçunun keçidi baş tutmaya bilər.

Dumfris bu mövsüm “İnter”in heyətində bütün turnirlər daxil olmaqla, 20 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button