Poqbanın son durumu bilindi

“Mançester Yunayted” klubunun zədəli futbolçusu Pol Poqbanın son durumu məlum olub.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi bir neçə həftəlik sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib. Yerli mətbuata danışan norveçli mütəxəssis, Poqbanın bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Poqba Premyer Liqanın 23-cü turu çərçivəsində keçirilən “Mançester Yunayted” – “Everton” matçının (3:3) ilk hissəsində zədələnmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button