
İtaliyalı məşqçi “Mançester Yunayted”ə “yox” deyib
“Mançester Yunayted” Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının baş məşqçisi Simone İnzaqinin mümkün təyinatı ilə maraqlanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub Ruben Amorimin baş məşqçi postundan uzaqlaşdırılmasından sonra İnzaqi ilə bağlı sorğu göndərib. Ancaq italiyalı mütəxəssis “Əl-Hilal”dakı fəaliyyətini davam etdirmək qərarına gəlib.
Amorimin “Mançester Yunayted”dən ayrıldığı yanvarın 5-də rəsmən açıqlanıb.
“Qırmızı şeytanlar” hazırda İngiltərə Premyer Liqasında 20 oyundan sonra topladığı 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



