MY “Lester”lə qarşılaşmaya onlarsız çıxacaq

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 5-ci turunda “Lester”lə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Bu barədə “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer klubun saytına açıqlamasında deyib. Norveçli mütəxəssis, səhhətində problemlər olan Luk Şou, Antonio Marsial və Pol Poqbanın “Lester”lə qarşılaşmada iştirak etməyəcəyini bildirib.

Sabah keçiriləcək “Mançester Yunayted” – “Lester” matçı saat 18:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button