MY üçün tibbi müayinədən keçdi – “Ayaks”ın futbolçusu

“Mançester Yunayted” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” “Ayaks”dan Donni van de Beki transfer etməyə yaxındır. Bu barədə “Sky Sports” məlumat yayıb. Xəbərdə, 23 yaşlı yarımmüdafiəçinin artıq Niderlandda tibbi müayinədən keçdiyi bildirilib.

Hazırda yığmanın təlim-məşq toplanışında olan Donninin transferinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

“Mançester Yunayted” yarımmüdafiəçiylə 5 illik müqavilə imzalayacaq. “Ayaks” bu transferdən 40 milyon avro qazanacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button