
“Mançester Yunayted” braziliyalı futbolçu ilə maraqlanır
“Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomes karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
“Qırmızı şeytanlar” Andrey Santos və Yuri Tilemansla razılıq əldə etdikdən sonra yarımmüdafiə xəttini daha da gücləndirmək niyyətindədir. Qomes bu mövqeyə əsas namizədlərdən biri hesab olunur.
“Vulverhempton” 25 yaşlı futbolçunu təxminən 30 milyon funt-sterlinqə (35 milyon avro) satmağa hazırdır və “Mançester Yunayted” bu transfer imkanını ciddi şəkildə dəyərləndirir.
Braziliyalı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 35 oyunda meydana çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ancaq o, komandasının Çempionşipə düşməsinin qarşısını ala bilməyib. Onunla “Liverpul”un da maraqlandığı bildirilir.
Bizi Facebook-da izləyin



