“Mançester Yunayted”in avrokuboklardakı yeni rekordçusu

“Mançester Yunayted” Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda İspaniya “Real Sosyedad”ı ilə “sülh”ə razılaşıb.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, 0:0 hesabıyla bitən matçda iştirak edən “qırmızı şeytanlar”ın futbolçusu Şola Şortayr klubun tarixinə düşüb.

76-cı dəqiqədə oyuna girən Şola, “Mançester Yunayted”in avrokuboklarda iştirak edən ən gənc futbolçusu olub. Yarımmüdafiəçi “Real Sosyedad”la oyuna çıxan zaman 17 yaş 23 günlüyündə idi.

İlk oyunda “Real Sosyedad”ı 4:0 hesabıyla məğlub edən “Mançester Yunayted” 1/8 final mərhələsinə vəsiqə qazanıb.