
“Mançester Yunayted” 63 illik antirekordu təkrarladı
“Mançester Yunayted” bu mövsüm də qapısını toxunulmaz saxlamaq problemindən qurtula bilmir.
Ruben Amorimin rəhbərlik etdiyi komanda dünən səfərdə “Aston Villa”ya 1:2 hesabı ilə məğlub olub.
İngiltərə Premyer Liqasının cari mövsümündə artıq 17 tur arxada qalsa da, “qırmızı şeytanlar” cəmi bir oyunda qol buraxmadan qalib gələ bilib.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, bu göstərici klubun tarixində yüksək liqada qeydə alınmış antirekordun təkrarıdır. Oxşar nəticə daha əvvəl üç dəfə yaşanıb və sonuncu belə haldan 63 il keçib.
Mançester təmsilçisi hazırda Premyer Liqanın turnir cədvəlində 26 xalla 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



