“Mançester Siti”nin yeni forması – VİDEO

“Mançester Siti” Yaponiyanın paytaxtı Tokioda baş tutan mövsümöncəsi yoldaşlıq turnirində 3-cü formasını təqdim edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Puma” tərəfindən ərsəyə gətirilən forma Mançester şəhərinin həyəcanlı həyatını və dinamikliyini təcəssüm etdirir.

Formanın köynəyində elektrik qığılcımlarının yer alması xüsusi məqam kimi diqqəti cəlb edib.

Pep Qvardiolanın komandası yoldaşlıq görüşləri çərçivəsində sabah “Bayern”lə, iyulun 30-da “Atletiko” ilə, avqustun 6-da isə “Arsenal”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button