“Mançester Siti”nin futbolçusundan nümunəvi addım

“Mançester Siti”nin türk əsilli almaniyalı futbolçusu İlkay Gündoğan xeyriyyə aksiyasına qatılacaq.

Komanda.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi “The İndependent” nəşrinə açıqlamasında bildirib. O, Almaniyada və Türkiyədə seldən və meşə yanğınlarından zərər görən ərazilərdə 5 min ədəd ağac əkilməsi üçün maliyyə vəsaiti ayıracağını bildirib.

İlkay Gündoğan 2016-cı ildən “Mançester Siti”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button