“Mançester Siti”nin qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçə bilər

“Mançester Siti”nin qapıçısı Ederson Moraes tezliklə komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə Səudiyyə Ərəbistanı klubları maraqlanır. Ərəblər növbəti transfer pəncərəsində bu keçidi həyata keçirməyə hazırdır.

Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edir. 30 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 32 matça çıxıb, 12 oyunda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button