“Mançester Siti” milli üzvünü Niderlanda göndərdi

“Mançester Siti”nin futbolçusu Ariyanet Muriç karyerasını Niderlandda davam etdirəcək.

Komanda.az xəbər verir ki, 22 yaşlı qapıçı “Villem II” klubuna keçib. Bu barədə Erediviziya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Muriç mövsümün sonuna qədər icarə əsasında “Villem II”də çıxış edəcək.

Muriç mövsümün ilk dövrəsini İspaniyanın “Jirona” klubunda keçirib. Kosovolu qapıçı Sequndada 6 oyuna çıxıb.

Muriç Kosovo milli komandasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button