2 futbolçu “Mançester Siti”dən ayrılacaq – Mahrez açıqladı

“Mançester Siti”nin futbolçuları David Silva və Fernandinyo mövsümün sonunda komandadan ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə “şəhərlilər”in yarımmüdafiəçisi Riyad Mahrez “Sky Sports”un “youtube” kanalına açıqlamasında deyib. Mahrez, Silva və Fernandinyonun mövsümün sonunda komandanı tərk edəcəklərini bildirib.

David Silva daha əvvəl də mövsümün sonunda ayrıla biləcəyini açıqlamışdı. Fernandinyonun da 2020-ci ilin yayında bitəcək müqaviləsini yeniləyəcəyi gözlənilmir.

Silva 2010, Fernandinyo isə 2013-cü ildən “Mançester Siti”nin şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button