Qvardiola: “Onun kimi bir futbolçuya sahib olduğum üçün xoşbəxtəm”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yeni transferləri Xulian Alvares haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, argentinalı hücumçunun mövsümün sonuna qədər “River Pleyt”də qalmasının daha məqsədəuyğun olduğunu deyib:

“Alvaresi birbaşa heyətə cəlb edə bilərdik. Amma kifayət qədər oyunçumuz var. O, yeni mövsümdə bizə qoşulacaq. İndilik “River Pleyt”də qalması daha yaxşıdır. Onun kimi bir futbolçuya sahib olduğum üçün xoşbəxtəm”.

“Mançester Siti” Alvaresi “River Pleyt”dən 18,5 milyon avroya transfer edib. 22 yaşlı hücumçu mövsümün sonuna qədər Argentina klubunda qalacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button