Qvardiola: “Tarix yazmağa davam edirik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsində “Borussiya”nı (Dortmund, Almaniya) məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 2:1 hesabıyla qələbə qazanaraq, ÇL-in yarımfinal mərhələsinə yüksəlmələri haqda bunları deyib:

“Bu, inanılmaz hissdir. Klub tarixində ikinci dəfə yarımfinala çıxdıq. Çox həyəcanlı bir an idi. Tarix yazmağa davam edirik. Avropanın ən yaxşı dörd komandası arasında olmağımıza şadıq. Futbolçularım əla oynadılar. Xarakter göstərdik və istədiyimiz nəticəni əldə etdik.

Bir mövsümdə dörd titul qazanmaq haqda düşünməmişik. Bütün diqqətimiz növbəti oyunlarda olur. Bu, belə də olmalıdır”.

“Mançester Siti” yarımfinalda Fransanın PSJ komandası ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button